Google'da məxfiliyiniz haqqında bilmək istəyirsiniz?
Doğru yerdəsiniz! Valideyninizin Google məhsullarınızla bağlı necə kömək edə biləcəyi, Google'un hansı məlumatlardan istifadə etməsi və s. kimi uşaqların ən çox soruşduğu sualları oxuyun.
Valideynlər, bu məlumat yalnız 13 (və ya ölkənizə uyğun olan yaş) yaşdan yuxarı olmayan uşaqlar üçün Family Link ilə idarə edilən Google Hesablarına tətbiq olunur. Ətraflı məlumat üçün Məxfilik Bildirişi və Məxfilik Siyasətimizə baxın.
Hesabımı kim idarə edir?
Google Hesabınızı valideyniniz idarə edir. Onu idarə etmək üçün Family Link tətbiqindən istifadə edə bilər. Böyüdükdən sonra hesabınızı idarə edə bilərsiniz.
Valideyniniz bunları edə bilər:
- Hesabınıza daxil ola, hesab parolunu dəyişə və ya hesabınızı silə bilər.
- Telefon və ya planşetinizi kilidləyə bilər.
- Telefon və ya planşetinizin harada olduğuna baxa bilər.
- Hansı tətbiqləri istifadə edə biləcəyinizi seçə bilər.
- Tətbiqlərdən istifadə müddətinizə baxa bilər.
- Google Axtarış, YouTube və ya Google Play kimi bəzi Google tətbiqlərində gördüyünüz elementləri dəyişə bilər.
- Fəaliyyətə Nəzarət ayarlarını seçə bilər. (Bunlar Google ilə gördüyünüz işlər haqqında məlumatları yadda saxlayan ayarlardır.)
- Tətbiqləriniz üçün ayar və icazələr seçə bilər.
- Hesabınız üçün ad, doğum tarixi və digər məlumatları seçə bilər.
- Google Play kimi bəzi Google məhsullarında nəyi endirə və ya ala biləcəyinizi seçə bilər.
Google məlumatlarımı necə və niyə istifadə edir?
Sizin və ya valideyninizin bizə təqdim etdiyi ad və doğum tarixi kimi məlumatları yadda saxlaya bilərik. Tətbiq və saytlarımızdan istifadə etdiyiniz zaman da məlumatları yadda saxlayırıq. Bu məlumatı təhlükəsiz saxlamaq üçün çox çalışırıq və onları müxtəlif səbəblərdən (məs., Google tətbiq və saytlarının daha faydalı olması üçün) istifadə edirik.
Valideyniniz ilə məlumatlarınızı hansı məqsədlə istifadə edə biləcəyimiz haqqında öyrənin:
- Tətbiqlərimizi və saytlarımızı işlək hala gətirmək : Məsələn, Google Axtarışda "küçük" üzrə axtarış edirsinizsə, küçüklər haqqında nəticələri Sizə göstərmək üçün məlumatlarınızdan istifadə edirik.
- Tətbiqlərimizi və saytlarımızı daha yaxşı hala gətirmək: Məsələn, nəsə xarabdırsa, onu düzəltmək üçün məlumatlardan istifadə edirik.
- Google'u, istifadəçilərimizi və ictimaiyyəti qorumaq: İnsanların onlayn təhlükəsizliyini qorumaq üçün məlumatlardan istifadə edirik.
- Yeni tətbiqlər və saytlar hazırlamaq: Hazırlaya biləcəyimiz yeni Google məhsulları üçün ideya əldə etmək məqsədilə insanların hazırki tətbiqlərimizi və saytlarımızı necə istifadə etdiyini öyrənirik.
- Bəyənə biləcəyiniz şeyləri göstərmək: Məsələn, YouTube Kids'də heyvan videolarını izləməyi xoşlayırsınızsa, daha çox nəticə göstərə bilərik.
- Daxil olduğunuz sayt kimi məlumatlardan asılı olaraq reklamları göstərmək.
- Sizinlə ünsiyyət qurmaq: Məsələn, sizə mesaj yazmaq üçün e-poçt ünvanınızı istifadə edə bilərik. Tanımadığınız birinin mesajlarını açmadan əvvəl həmişə valideyninizdən soruşun.
Google'a nəyi yadda saxlamaq lazım olduğunu deyə bilərəm?
Hə, haqqınızda yadda saxladığımız bəzi məlumatları dəyişə bilərsiniz. Fəaliyyətə Nəzarət kimi məxfilik ayarlarından bəzilərində dəyişiklik etsəniz, valideyninizə bildiriş göndərəcəyik. Onlar ayarlarızı dəyişməyə də kömək edə bilərlər.
Siz və valideyniniz həmişə Siz və Google Hesabınız haqqında bəzi məlumatlara baxa və onları idarə edə bilərsiniz.
Google şəxsi məlumatlarımı başqaları ilə paylaşır?
Adınız kimi şəxsi məlumatlarınızın Google'dan kənarda paylaşılması üçün bir neçə səbəb var. Bu məlumatları paylaşsaq, onların qorunduğundan əmin olmaq üçün tədbir görərik.
Bəzi şəxsi məlumatları paylaşa bilərik:
- Google'da valideyn və ailə qrupunuz ilə
- İşlədiyimiz şirkətlər ilə
- Valideyniniz razılıq verərsə
- Qanuni səbəblər üçün ehtiyacımız olarsa
Onlayn olaraq paylaşdıqlarımı başqa kim görə bilər?
E-poçt və ya fotolar kimi onlayn paylaşdığınız hər şey bir çox şəxs tərəfindən görülə bilər. Yalnız güvəndiyiniz şəxslər ilə paylaşın. Əmin deyilsinizsə, valideyniniz və ya ailə üzvünüzdən kömək istəyin.
Ətraflı məlumat istəyirsiniz? Məxfilik Siyasətimiz haqqında oxumaq üçün valideyninizdən kömək istəyin.
Google'da məxfiliyiniz haqqında bilmək istəyirsiniz?
Doğru yerdəsiniz! Tətbiq və saytlarımızdan istifadə edərkən Google'un məlumatı necə əldə etdiyini və istifadə etdiyini buradan öyrənə bilərsiniz. Həmçinin valideyninizin Google Hesabınızı və cihazları necə idarə etdiyini öyrənə bilərsiniz.
Valideynlər, bu məlumat yalnız 13 (və ya ölkənizə uyğun olan yaş) yaşdan yuxarı olmayan uşaqlar üçün Family Link ilə idarə edilən Google Hesablarına tətbiq olunur. Ətraflı məlumat üçün Məxfilik Bildirişi və Məxfilik Siyasətimizə baxın.
Hesabımı kim idarə edir?
Hazırda valideyniniz Google Hesabınızı idarə edir. Hesabınızı özünüz idarə edəcək yaşa çatana qədər onu idarə etmək üçün o, Family Link tətbiqindən istifadə edə bilər.
Valideyniniz bunları edə bilər:
- Hesabınıza daxil ola, hesab parolunu dəyişə və ya hesabınızı silə bilər.
- Telefon və ya planşet kimi cihazlarınızdan nə zaman və nə qədər istifadə edə biləcəyinizi məhdudlaşdıra bilər.
- Telefon və ya planşetinizin harada olduğuna baxa bilər.
- İstifadə edə biləcəyiniz tətbiqləri seçə bilər.
- Tətbiqlərdən istifadə müddətinizə baxa bilər.
- Google Axtarış, YouTube və ya Google Play kimi bəzi Google tətbiqləri və saytları üçün kontent ayarlarını idarə edə bilər. Bu ayarlar gördüyünüz seçimləri dəyişə bilər.
- Bu nizamlayıcıları idarə etməyinizi blok etmək də daxil olmaqla hesabınız üçün YouTube Tarixçəsi kimi Fəaliyyətə Nəzarət ayarlarını idarə edə bilər.
- Telefonunuzda və ya planşetinizdə tətbiqlərin mikrofonu, kameranı və ya kontaktlarınızı istifadə edə bilib-edə bilməməsi kimi tətbiq icazələrinə nəzər sala bilər.
- Adınız, cinsiniz və ya doğum tarixiniz kimi hesabınızla bağlı məlumatlara baxa, onları dəyişdirə və ya silə bilər.
- Google Play kimi bəzi Google tətbiqlərində və saytlarında endirmələrinizi və satınalmalarınızı təsdiq edə bilər.
Google məlumatlarımı necə və niyə istifadə edir?
Xidmətlərimizdən istifadə etdiyiniz zaman əksər sayt və tətbiqlər kimi Sizin və ya valideyninizin qeyd etdiyi məlumatları (məs., ad, yaxud doğum tarixi) toplayırıq. Bu məlumatları təhlükəsiz saxlamaq üçün çox çalışırıq və onları müxtəlif səbəblərə görə (məs., məhsullarımızdan daha çox faydalanmağınız üçün) istifadə edirik. Məsələn, datanı bu məqsədlə toplayırıq:
- Tətbiqlərimizi və saytlarımızı işlək hala gətirmək: Məsələn, Google Axtarışda "idman" üzrə axtarış edirsinizsə, idman ilə bağlı məlumatları Sizə göstərmək üçün məlumatlarınızdan istifadə edirik.
- Tətbiqlərimizi və saytlarımızı daha yaxşı hala gətirmək: Məsələn, nəsə xarabdırsa, onu düzəltmək üçün məlumatlardan istifadə edirik.
- Google'u, istifadəçilərimizi və ictimaiyyəti qorumaq: Fırıldaqçılığın aşkarlanması və qarşısının alınması kimi hallarda istifadəçilərin onlayn təhlükəsizliyini qorumaq üçün məlumatlardan istifadə edirik.
- Yeni tətbiqlər və saytlar hazırlamaq: Hazırlaya biləcəyimiz yeni Google məhsulları üçün ideya əldə etmək məqsədilə insanların hazırki tətbiqlərimizi və saytlarımızı necə istifadə etdiyini öyrənirik.
- Bəyənə biləcəyinizi güman edərək məlumatı Sizin üçün fərdiləşdirmək. Məsələn, YouTube Kids'də heyvan videoları izləməyi sevirsinizsə, daha çoxunu tövsiyə edə bilərik.
- Daxil olduğunuz sayt kimi məlumatlardan asılı olaraq reklamları göstərmək.
- Sizinlə ünsiyyət qurmaq: Məsələn, təhlükəsizlik problemi olduğu halda Sizə mesaj göndərmək üçün e-poçt ünvanınızı istifadə edə bilərik. Tanımadığınız birinin mesajlarını açmadan əvvəl həmişə valideyninizdən soruşun.
Google'a nəyi yadda saxlamaq lazım olduğunu deyə bilərəm?
Hə, haqqınızda yadda saxladığımız bəzi məlumatları dəyişə bilərsiniz. Məsələn, YouTube Tarixçənizi Google Hesabınızda yadda saxlamağımızı istəmirsinizsə, YouTube Tarixçəsini deaktiv edə bilərsiniz. Fəaliyyətə Nəzarət kimi məxfilik ayarlarından bəzilərində dəyişiklik etsəniz, valideyninizə bildiriş göndərəcəyik. Onlar ayarlarızı dəyişməyə də kömək edə bilərlər.
Siz və valideyniniz həmişə Siz və Google Hesabınız haqqında bəzi məlumatlara baxa və onları idarə edə bilərsiniz.
Google şəxsi məlumatlarımı başqaları ilə paylaşır?
Adınız və e-poçt ünvanınız kimi şəxsi məlumatlarınızın Google'dan kənarda paylaşılması üçün bir neçə səbəb var. Bu məlumatları paylaşsaq, onların qorunduğundan əmin olmaq üçün tədbir görürük.
Bəzi şəxsi məlumatları paylaşa bilərik:
- Google'da valideyn və ailə qrupunuz ilə
- İşlədiyimiz şirkətlər ilə
- Valideyniniz razılıq verərsə
- Hüquqi səbəblər üçün ehtiyacımız olarsa
Onlayn olaraq paylaşdıqlarımı başqa kim görə bilər?
E-poçt və ya fotolar kimi onlayn paylaşdığınız hər şey bir çox şəxs tərəfindən görülə bilər. Onlayn paylaşdıqdan sonra onları silmək çətin ola bilər. Yalnız güvəndiyiniz şəxslər ilə paylaşın. Əmin deyilsinizsə, valideyniniz və ya ailə üzvünüzdən kömək istəyin.
Ətraflı məlumat istəyirsiniz? Məxfilik Siyasətimiz haqqında oxumaq üçün valideyninizdən kömək istəyin.
Google'da məxfiliyiniz haqqında bilmək istəyirsiniz?
Tətbiq və saytlarımızdan istifadə edərkən Google'un məlumatları necə əldə etdiyi və istifadə etdiyini buradan öyrənə bilərsiniz. Həmçinin valideyninizin Google Hesabınızı və cihazlarınızı idarə etməkdə sizə necə kömək edə biləcəyini öyrənə bilərsiniz.
Bu məlumat sadəcə minimum yaş tələbinə cavab verən uşaq və yeniyetmələrin öz hesablarını idarə etmələri üçün Family Link ilə idarə edilən Google Hesablarına tətbiq olunur. Ətraflı məlumat üçün Məxfilik Bildirişi və Məxfilik Siyasətimizə baxın.
Hesabımı idarə etməkdə valideynim kömək edə bilər?
Valideyniniz Google Hesabınızın xüsusiyyətlərini idarə etmək üçün Family Link adlı tətbiqdən istifadə edə bilər. Cihazınızdan asılı olaraq onlar bunları edə bilər:
- Hesabınıza daxil ola, hesab parolunu dəyişə və ya hesabınızı silə bilər.
- Cihazlardan nə qədər və nə vaxt istifadə edə biləcəyinizi məhdudlaşdıra bilər.
- Giriş etdiyiniz cihazların və aktiv cihazlarınızın məkanını görə bilər.
- Tətbiqlərinizi idarə edə və onlardan nə qədər istifadə etdiyinizə baxa bilər.
- Google Axtarış, YouTube və ya Google Play kimi bəzi Google tətbiqləri və saytları üçün kontent ayarlarını idarə edə bilər. Bu ayarlar gördüyünüz seçimləri dəyişə bilər.
- Bu nizamlayıcıları idarə etməyinizi blok etmək də daxil olmaqla hesabınız üçün YouTube Tarixçəsi kimi Fəaliyyətə Nəzarət ayarlarını idarə edə bilər.
- Cihazınızda tətbiqlərin mikrofonu, kameranı və ya kontaktlarınızı istifadə edə bilib-edə bilməməsi kimi tətbiq icazələrinə nəzər sala bilər.
- Adınız, cinsiniz və ya doğum tarixiniz kimi hesabınızla bağlı məlumatlara baxa, onları dəyişdirə və ya silə bilər.
- Google Play kimi bəzi Google tətbiqlərində və saytlarında endirmələrinizi və satınalmalarınızı təsdiq edə bilər.
Google məlumatlarımı necə və niyə toplayır və istifadə edir?
Xidmətlərimizdən istifadə etdiyiniz zaman əksər sayt və tətbiqlər kimi Sizin və ya valideyninizin qeyd etdiyi məlumatları (məs., ad, yaxud doğum tarixi) toplayırıq. Bu məlumatları təhlükəsiz saxlamaq üçün çox çalışırıq və onları müxtəlif səbəblərə görə (məs., məhsullarımızdan daha çox faydalanmağınız üçün) istifadə edirik. Məsələn, datanı bu məqsədlə toplayırıq:
- Google'u, istifadəçilərimizi və ictimaiyyəti qorumaq: Fırıldaqçılığın aşkarlanması və qarşısının alınması kimi hallarda istifadəçilərin onlayn təhlükəsizliyini qorumaq üçün datadan istifadə edirik.
- Xidmətlərimizi təmin etmək: Nəticələri qaytarmaq üçün axtarış terminlərini emal etmək kimi xidmətlərimizi təmin etmək məqsədilə datadan istifadə edirik.
- Xidmətlərimizi qorumaq və təkmilləşdirmək: Məsələn, məhsullarımızın gözlənildiyi kimi nə vaxt işini dayandırmalı olduqlarını izləyə bilərik. Hansı axtarış terminlərinin daha çox səhv yazıldığını başa düşmək xidmətlərimizdə istifadə olunan orfoqrafik yoxlanış funksiyalarını təkmilləşdirməyə kömək edir.
- Yeni xidmətlər yaratmaq: Data yeni xidmətlər yaratmaqda bizə kömək edir. Məsələn, istifadəçilərin Google'un ilk foto tətbiqi olan Picasada fotolarını necə təşkil etdiklərini anlamağa, Google Fotonu dizayn etməyimizə və işə salmağımıza kömək etdi.
- Kontenti fərdiləşdirərək bəyənə biləcəyinizi güman etdiyimiz elementləri göstərmək. Məsələn, YouTube'da idman videoları izləməyi sevirsinizsə, daha çoxunu tövsiyə edə bilərik.
- Daxil olduğunuz sayt, daxil etdiyiniz axtarış terminləri və ya yaşadığınız şəhər və ştat kimi məlumatlar əsasında Sizə reklamlar göstərmək.
- Performansı ölçmək: Performansı ölçmək və xidmətlərimizdən necə istifadə edildiyini anlamaq üçün datadan istifadə edirik.
- Sizinlə ünsiyyət qurmaq: Məsələn, şübhəli fəaliyyət aşkar etdiyimiz halda sizə bildiriş göndərmək üçün e-poçt ünvanınızdan istifadə edə bilərik.
Google'un nəyi yadda saxladığına necə qərar verə bilərəm?
Ayarlarla əldə etdiyimiz dataları və bu dataların necə istifadə olunmasını məhdudlaşdıra bilərsiniz. Məsələn, YouTube Tarixçənizi Google Hesabınızda yadda saxlamağımızı istəmirsinizsə, YouTube Tarixçəsini deaktiv edə bilərsiniz. Fəaliyyətə Nəzarət ayarına dəyişiklik etsəniz, valideyninizə məlumat göndəriləcək. Məxfilik ayarları haqqında daha çox məlumat əldə edin
Həmişə Sizin və Google Hesabınız haqqında bəzi məlumatlara baxa və idarə edə bilərsiniz.
Google şəxsi məlumatlarımı başqaları ilə paylaşır?
Şəxsi məlumatlarınızı Google'dan kənar şirkətlər, təşkilatlar və ya fərdlərlə məhdud hallar (məs., qanuni şəkildə tələb edildikdə) istisna olmaqla paylaşmırıq. Bu məlumatları paylaşsaq, onların qorunduğundan əmin olmaq üçün tədbir görərik.
Bəzi şəxsi məlumatları paylaşa bilərik:
- Google'da valideyn və ailə qrupunuz ilə.
- Siz və valideyniniz bizə icazə verdiyiniz zaman və ya qanunla tələb edildikdə. Ehtiyac olduğunu düşündüyümüz zaman şəxsi məlumatları Google'dan kənarda paylaşacağıq:
- Müvafiq qanun, nizamnamə, hüquqi proses və ya həyata keçirilə bilən hökümət tələbinə riayət edin.
- Potensial pozuntuların araşdırılması daxil olmaqla müvafiq Xidmət Şərtləri tətbiq edin.
- Fırıldaqçılıq, təhlükəsizlik və ya texniki problemləri aşkarlayın, qarşısını alın, yaxud mübarizə aparın.
- Google'un, istifadəçilərimizin, yaxud ictimaiyyətin hüquqlarına, mülkiyyətinə və təhlükəsizliyinə olan təhdidlərə qarşı qanunla tələb olunan və ya icazə verilən çərçivədə mübarizə aparın.
- Xarici emal üçün. Verdiyimiz təlimatlara əsasən məlumatları emal etməsi üçün işlədiyimiz şirkətləri şəxsi məlumatlarla təmin edirik. Məsələn, müştəri dəstəyi ilə bağlı bizə kömək etməsi üçün xarici şirkətlərdən istifadə edirik və istifadəçi suallarına cavab vermək üçün şəxsi məlumatları şirkətlə paylaşmaq məcburiyyətindəyik.
Foto, e-məktub və sənədlər kimi paylaşdığım məlumatları başqa kim görə bilər?
İstifadə etdiyiniz Google tətbiq və saytlarında spesifik məzmunu digər şəxslərlə paylaşmağı seçə bilərsiniz.
Unutmayın ki, paylaşdığınız kontenti digər şəxslərin hətta Google'dan kənar tətbiq və saytlarda yenidən paylaşması mümkündür.
İstənilən vaxt hesabınızdan öz kontentinizi silə bilərsiniz, lakin bu, artıq paylaşdığınız kopyaları silmir.
Paylaşdıqlarınıza diqqət edin və yalnız güvəndiyiniz şəxslərlə paylaşın.
Bu mövzular haqqında daha çox məlumat əldə etmək üçün istənilən vaxt Məxfilik Siyasətimizi nəzərdən keçirə bilərsiniz.